Miqrantları daşıyan qayıq aşdı - azı 26 nəfər öldü

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan iki qayıq batıb.
Avtosfer.az xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə ümumilikdə 61 nəfər xilas edilib, həmçinin sudan 26 cəsəd çıxarılıb. İtkin düşənlərin axtarışları davam edir.
Sağ qalanların sözlərinə görə, iki qayıqda ümumilikdə 90-100 miqrant olub. Mühacirlərin Liviyanın Tripoli şəhərindən yola düşdüyü və Pakistan, Sudan, Somali vətəndaşları olduqları bildirilib.
İtaliyanın Baş naziri Ciorcia Meloni deyib: “Bugünkü faciənin baş verməsi bizi xəbərdar edir ki, lazımi xilasetmə müdaxiləsi kifayət deyil və hər şeydən əvvəl dramatik problemin səbəblərini həll etmir”.
Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək Aralıq dənizində 675 miqrant ölüb və ya itkin düşüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












