MMC 8 ədəd avtomobilə görə cərimələndi

Azərbaycanda Çin istehsalı avtomobillərin satışını həyata keçirən "NBK Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məlum olub ki, şirkət Çindən 8 ədəd nəqliyyat vasitəsini Samur keçid məntəqəsi vasitəsilə Azərbaycana gətirsə də, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyib. Məhkəmənin hökmü ilə "NBK Motors" MMC 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NBK Motors" MMC-nin qanuni təmsilçisi Aısaıtı Ahatıdır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












