Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşüb

Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb. Avtosfer.az-ın “Bizim.Media”ya istinadən verdiyi məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib. Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb. Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir. Polad Poladov bu gün Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












