Moskvada öldürülən baykerin ailəsi Abbasovlara verilən cəzadan narazıdır

Moskvada öldürülən bayker Kirill Kovalevin valideynləri məhkəmənin hökmündən apellyasiya şikayəti vermək niyyətindədirlər. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə ailənin nümayəndəsi Denis Kovalev bildirib. "Biz məhkəmənin hökmündən narazıyıq və ondan apellyasiya şikayəti verəcəyik", - agentliyin mənbəsi bildirib.
O, əlavə edib ki, qətldə əli olanların hamısı həbs edilməlidir.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən qətli törədən azərbaycanlı Şahin Abbasov 17 il, qardaşları Şöhrətə 12 il, İsaxan isə 6 il azadlıqdan məhrum ediliblər. Onların atası Nizam Abbasov təqsirsiz hesab edilərək məhkəmə zalından azadlığa buraxılıb. Digər iki təqsirləndirilən şəxs isə istintaq təcridxanasında cəza çəkdikdən sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, 2024-cü il aprelin 17-də axşam saatlarında Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsində yerləşən binanın qarşısındakı səkidə saxlayıb. 24 yaşlı yerli sakin, bayker Kirill Kovalev ona irad tutub. Daha sonra o, Kovalevi bıçaqlayaraq hadisə yerindən qaçıb. İşğal altındakı Luqanska qaçmaq istəyən Abbasovlar Rostov vilayətinin Kazanskaya kəndində saxlanılıblar.
Sonradan məlum olub ki, yol polisi inspektoru Dmitri Bovtunov cinayət yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində sərbəst buraxıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












