Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb.
Bu barədə Avtosfer.az MK.ru-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, iki kişi mübahisə edib və nəticədə onlardan biri digərini bıçaqlayıb.
Daha sonra məlum olub ki, müştərilər arasında mübahisə qardaşı ilə restoranda istirahət edən Azərbaycan vətəndaşının ucadan danışmağa başlaması ilə yaranıb. Bu, qonşu masada əyləşən dörd şəxsin xoşuna gəlməyib. Onlar qardaşların çölə çıxmasını gözləmək qərarına gəliblər ki, etirazlarını bildirsinlər.
İddiaya görə, özlərini sakit aparmaq xahişinə azərbaycanlı qardaşlar aqressiv reaksiya veriblər. Mübahisə baş verib və davaya çevrilib. Əlbəyaxa dava soyuq silaha əl atmaqla yekunlaşıb. Nəticədə 35 yaşlı Azərbaycan vətəndaşı təxminən üç bıçaq yarası alıb.
Zərərçəkən hazırda həkimlərin nəzarəti altındadır. Hadisənin detalları araşdırılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












