Müəllimlə elmi işçi əlbir olub 100-dən çox şəxsi aldadıb?

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftəliyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çoxsaylı şahidlərin ifadələri gözlənilsə də, yalnız bir şahidin iclasda iştirak etdiyi məlum olub. Prosesə sədrlik edən hakim cinayət işində 101 şahidin adının keçdiyi halda yalnız bir nəfərin iclasa gəlməsinə iradını bildirib.
Şahid İntiqam Nuriyev ifadəsi zamanı Eyvaz Niftəliyevi tanıdığını deyib:
"Mən "TikTok"dan tanımışam Eyvaz Niftəliyevi, elə bilirdim ki, o, hüquqşünasdır. Sosial yardım almaqla bağlı ona müraciət etmişəm. Sənədlərin hazırlanmasında mənə kömək edəcəyini demişdi. Buna görə də 250 AZN onun kartına ödəniş etmişəm. 5 ay bir nəticə əldə edilmədi və aldığı pulu da qaytarmadı".
Şahid digər təqsirləndirilən Ramis Hümmətovu isə tanımadığını bildirəndə Eyvaz Niftəliyev buna etirazını bildirərək, şahidin yaddaşında problem olduğunu deyib. Eyvaz Niftəliyev aldığı həmin pulu Ramis Hümmətovla yarı böldüyünü vurğulayaraq qeyd edib ki, Ramis Hümmətov bu kimi işlərdə vergi məsələləri ilə bağlı ona yaxından kömək edib. O, bütün işlərdə Ramis Hümmətovun onun yanında olduğunu bildirib. Digər şahidlərin ifadələrinin alınması üçün proses oktyabrın 16-dək təxirə salınıb.
Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb. İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 və 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb. Eyvaz Niftəliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik götürərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir.
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO
Samuxda 3 tondan artıq çətənə kolu məhv edildi - FOTO
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı - İş məhkəməyə göndərildi - FOTO
Avtomobillə su hovuzuna düşdü; boğulub öldü
Məsciddə namaz qılan şəxsin avtomobili qarət olundu - "iPhone" və pulları oğurlandı










