Oğurlanmış avtomobilini Afrikada tapdı - FOTO

Britaniya vətəndaşı Cimmi Mandi oğurlanmış "Range Rover" markalı avtomobilini Tanzaniyada tapıb. Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 44 yaşlı informasiya texnologiyaları üzrə məsləhətçi olan Mandi avtomobilinin oğurlanması ehtimalını əvvəlcədən nəzərə alaraq, onun içinə "Apple AirTag" izləmə cihazı yerləşdirib. 50 min funt-sterlinq dəyərində olan avtomobil ailə evinin qarşısından oğurlanıb, lakin çox qeyri-adi bir marşrutla Afrikaya aparılıb. "Onun hərəkətini xəritədə izləyirdim - əvvəlcə Aralıq dənizini keçdi, sonra Süveyş kanalından keçərək Misir, Sudan, Cənubi Sudan və Uqandadan ötdü və nəhayət Tanzaniyada dayandı", deyə Mandi bildirib.
Polisin məlumatına görə, belə avtomobillər tez-tez Şərqi Afrikadan verilən sifarişlər əsasında oğurlanır. Bu bölgədə, xüsusilə də sağ sükanlı maşınlar yerli elita arasında çox populyardır. Hazırda avtomobil Tanzaniyada yerləşir və izləyici məlumatlarına əsasən hər gün eyni iki məkan arasında hərəkət edir. Ən maraqlısı isə odur ki, avtomobilin içində hələ də Mandinin sevimli şlyapalarından biri qalıb. Britaniyalının dostları bu hadisəyə yumorla yanaşaraq onun hekayəsinin film ssenarisi ola biləcəyini deyirlər. Hətta onlardan biri avtomobildə narkotik gizlədildiyi və cinayətkar dəstələrin onu izlədiyi bir ssenari də irəli sürüb. Bütün bu qeyri-adi gedişata baxmayaraq, Cimmi Mandi hələ də avtomobilini bir gün geri qaytaracağına ümid edir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












