Oğurluq etdiyi obyektdə saxlanılan kababçıya hökm oxundu

Gəncədə oğurluq etdiyi obyektdə saxlanılan kababçıya hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş Rəşad Nurəddin oğlunun Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Rəşad Gəncə şəhərində müxtəlif restoranlarda kababçı işləyib. O, maddi imkanı zəif olduğu üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən "Nəhəng Daş" ticarət mərkəzindən oğurluq edib. Əvvəllər orada kababçı işlədiyi üçün ticarət mərkəzindəki giriş-çıxış yerlərini tanıyırmış.
O, dəmir qoruyucusu olmayan obyektin arxa giriş qapısını vintaçanla açıb. Təqsirləndirilən şəxs ticarət mərkəzindən əvvəlcə 1650 manat məbləğində geyimlər oğurlayaraq Bakıda, 20 Yanvar metrosunun yaxınlığında satıb.
Üzərindən bir neçə gün keçdikdən sonra Rəşad yenidən sözügedən ticarət mərkəzindəki mağazaların birindən 2425 manat dəyərində geyim və müxtəlif ziynət əşyaları oğurlayıb. Növbəti oğurluq zamanı mərkəzin mühafizəçiləri tərəfindən saxlanılıb. Məlum olub ki, təqsirləndirilən şəxs içki alüdəçisi olduğu üçün oğurluq hadisəsini törədib. Zərərçəkmiş tərəflərə dəymiş ziyanı ödəyib.
Məhkəmənin hökmü ilə Rəşad Nurəddin oğluna 2 gün həbsdə saxlanılması nəzərə alınaraq, 1 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












