Ölümlə nəticələnən partlayışla bağlı məhkəmədə: Övladları üzərindən alver edənlər var

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən Tağı İbrahimov ifadəsində bildirib ki, onun partlayışla əlaqəsi olmayıb:
"Bizi yanğında, partlayışda ittiham edirlər. Zavodda yanğın yox, birbaşa partlayış olub. Mən oranı icarəyə vermişdim. Cavabdeh şəxslər icarəyə götürənlər olmalıdır. Vergi ilə bağlı 693 min manatı ödəməyə razı olmasam da, yenə də ödədim. Zərərçəkənlərin, rəhmətə gedənlərin də xərclərini mən qarşılamışam. Övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim, amma etmişəm".
Toğrul Rzayev isə bildirib ki, onun vəzifəsi icarə pullarını yığmaq olub:
"Mənim vəzifəm orada icarə pullarını yığmaq və çıxan sexləri siyahıya almaq olub. Pulların yığılması ilə 3 il məşğul olmuşam. Həftədə 4 dəfə daimi iş kimi sexə gəlirdim. Bunun qarşılığında 1000 manat maaş almışam. Partlayış olan gün mən Naxçıvanda olmuşam. Prokurorluğa da öz istəyimlə getmişəm".
Tağı ibrahimovun böyrəklərində çatışmazlıqla bağlı tibbi arayış məhkəməyə təqdim edilib.
Proses oktyabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










