Oman sahillərində tankerdə yanğın: Ölən və itkin düşənlər var

Oman sahillərində tankerdə baş verən yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşmüş hesab olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) bildirişinə əsasən məlumat yayıb.
"UKMTO Omanın Sohar limanından 20 dəniz mili (37 km) şimal-şərqdə insident barədə məlumat alıb. Yerli orqanların məlumatına görə, tankerdə maşın bölməsində yanğın baş verib. Hazırda əraziyə xilasetmə xidmətləri cəlb olunub və gəmi heyətinin təxliyəsinə köməklik göstərilir", - deyə koordinasiya mərkəzinin məlumatında qeyd edilib.
"Bir nəfərin öldüyü bildirilir. Ekipajın daha iki üzvü itkin düşmüş hesab olunur", - UKMTO-da məlumat veriblər.
İnsident "şübhəli fəaliyyət" kimi təsnif edilib, gəminin adı dəqiqləşdirilmir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












