On bir milyonu lüks maşınlara və döşəklərə xərclədi

Məşhur Hollivud aktyoru Kianu Rivz dələduzluqda təqsirli bilinən dostu, rejissor Karl Rins üçün hakimdən mərhəmət diləyib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “People” jurnalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, 50 yaşlı rejissor Karl Rins 2025-ci ilin dekabrında başa çatan məhkəmə prosesində elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında təqsirli bilinib. İttihama əsasən, o, “Netflix”dən elmi-fantastik serial çəkmək adı ilə aldığı milyonlarla dolları şəxsi lüks xərclərinə, o cümlədən kriptovalyuta birjalarına, baha qiymətli İsveç döşəklərinə, antik mebellərə, “Ferrari” və “Rolls-Royce” markalı lüks avtomobillərə xərcləyib.
İyunun 29-da Nyu-Yorkda keçiriləcək hökm oxunması mərasimi öncəsi Kianu Rivz hakim Ced Rakoffa xüsusi məktub ünvanlayıb. 61 yaşlı aktyor 2013-cü ildə çəkildiyi “47 Ronin” filmində birgə çalışdığı rejissorun cəzasının yüngülləşdirilməsini xahiş edib:
“Mən Karl Rinsin yaxınlaşan məhkəmə hökmü ilə bağlı ona dəstək olmaq üçün sizə yazıram. Bu işin hüquqi təfərrüatlarını daxili olaraq bilmirəm. Amma Karl haqqında bildiklərimə əsaslanaraq onun adından yazmaq fürsətindən istifadə etmək istədim. Ümid edirəm ki, onun cəzası ədalətlə yanaşı, həm də humanizm, mərhəmət və güzəşt prinsipləri ilə yumşaldılacaq”.
Qeyd edək ki, prokurorluq orqanları iyunun 16-dək hakimə öz cəza təkliflərini təqdim edəcəklər. Rejissorun “Netflix”ə 11 milyon dollar təzminat və əlavə olaraq 4,4 milyon dollar vəkil pulu ödəməsi gözlənilir.
Xatırladaq ki, 61 yaşlı ulduz izləyicilər tərəfindən daha çox “Con Uik” obrazı ilə tanınır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












