“Oskar”a namizəd olan rejissor öldü

Məşhur amerikalı rejissor və aktyor Mark Raydell 97 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Kinorejissor Vudlend-Hillzdə kino və televiziya işçiləri üçün nəzərdə tutulan qocalar evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Raydell aktyor kimi “Uzun vida” və “Hollivudun sonu” filmlərində rol alıb.
1960-cı illərin ortalarında ilk filmi “Tülkü”nü rejissor kimi təqdim edən sənətçi karyerasının ən böyük uğuruna 1981-ci ildə çəkdiyi “Qızıl göldə” filmi ilə imza atıb. Henri Fonda, Ceyn Fonda və Ketrin Hepbernın rol aldığı ekran işi Raydellə “Oskar”da “Ən yaxşı rejissor” nominasiyası qazandırıb.
Onun rejissor kimi filmografiyasına “Oğrular”, “Kovboylar”, “Gecə yarısına qədər işdən çıxarılma”, “Harri və Uolter Nyu-Yorka gedirlər”, “Qızılgül”, “Çay”, “Oğlanlar üçün”, “Külli miqdarda pul”, “Ceyms Din” və “Kəsişmə” kimi filmlər daxildir.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












