Özündən hündür dəmir yığan sürücü yol boyu təhlükə yaratdı - VİDEO

Paytaxtın hava limanı yolunda təhlükə saçan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da aydın olduğu kimi, 55-CB-768 dövlət nömrə nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsü maşının damına dəmir qalıqları yığaraq daşıyıb.
Qeyd edək ki, avtomobilin növündən asılı olaraq nəzərdə tutulmuş çəkidən əlavə yük daşımaq qanunla qadağandır. Məsələn, “VAZ” markalı maşınlar üçün maksimum 50 kiloqrama qədər yük daşınması qeyd olunub. Avtomobili nəzərdə tutulan çəkidən artıq yüklədikdə qəza riski artır.
Təəssüf ki, bəzi sürücülər maşını həddindən artıq yükləyərək əsas yükü avtomobilin damına bərkitdiklərini və bu halda yükün təhlükəsiz olduğunu düşünürlər. Lakin onlar bu vəziyyətdə maşının idarəetmə qabiliyyətini asanlıqla itirə bilirlər. Xüsusilə manevr zamanı qəza təhlükəsi artır.
Digər tərəfdən yük daşıyan maşının sürücüsü nəqliyyat vasitəsini aşağı sürətlə idarə etməlidir. Əks halda qəza qaçılmaz olacaq. Aparılan araşdırmalara görə, maşının damından yola düşən ağır çəkili əşya idarəetmədən çıxan yük maşınından daha çox insan ölümünə səbəb olur.
Qeyd edək ki, avtomobilin icbari sığortası da yoxdur. Sistemdə heç bir məlumat çıxmır.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













