Özünü fəda edən polislə bağlı TƏSİRLİ PAYLAŞIM: "Heç kimin diqqətini cəlb etməsə də..."

“Buna qədərki iş yerimdə idarəni mühafizə edən polislərə ilk gündən xüsusi mehribanlıq və xırda diqqət göstərməyə çalışırdım. Qapıdan içəri girəndə həmişə salamlaşır, hal-əhval tuturdum. Peşə bayramlarında yaxınlaşıb təbrik edir, xoş sözlər deyirdim”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri tanınmıs jurnalist Sevinc Paşayeva özünün “facebook” səhifəsində paylaşıb.
Paylaşımın tam mətnini təqdim edirik:
“Nahar fasiləsində çölə çıxanda marketdən bir şey lazım olub-olmadığını soruşur, heç nə istəməsələr də, arada yüngül atışdırmalıq nəsə alıb gətirirdim də. Tam səmimi deyim ki, bu iltifatım içimdən gəlirdi və mənə mənəvi rahatlıq verdiyi kimi, polis qardaşların da bundan məmnun olduqlarını görürdüm. Hətta bir dəfə onlardan biri məndən ailəmdə, qohum-əqrəbamda polis nəfəri olub-olmadığını da soruşmuşdu. Təbii ki, “xeyr” cavabını vermişdim. O isə ancaq bir polis ailəsindən çıxan adamdan bu qədər nəvaziş gözlədiyini demişdi. Mənsə bunu nə qədər dəyərli və güvənli olduqlarını hiss elətdirmək üçün edirdim…
İki azyaşlını xilas edərkən dənizdə qərq olan Rüfət Cabbarov da “Azərbaycan” nəşriyyatını mühafizə edən sıravi polis əməkdaşı idi. Demək olar ki, hər gün ətalətli iş rejimi ilə ilk baxışdan heç kimin diqqətini cəlb edə bilməzdi. Amma gündəlik həyatında belə, xilaskarlıq missiyasını yerinə yetirərək özünü qurban verdi. Bununla da Azərbaycan polisinin real obrazını, əsl mahiyyətini, gücünü və cəsarətini bir daha nümayiş etdirdi. Rüfət bu fədakarlığı ilə istənilən polis əməkdaşının xüsusi əmr gözləmədən də vətəndaşların təhlükəsizliyi keşiyində canla-başla dayandığını, polisin öz andına nə qədər sədaqətli, xalqına nə qədər bağlı olduğunu sübut elədi…
İndi şəklini qərənfillər bəzəyir. Bu nə qədər acı və kədərli olsa da, həm də uşaqdan-böyüyə hər kəsdə Azərbaycan polisinə qarşı böyük rəğbət və güvən hissini gücləndirən bir mənzərədir… Qürurverici tablodur…
Allah insan amilinə görə həyatını qurban verən bütün qəhrəman polislərimizə qəni-qəni rəhmət eləsin! Xalqın təhlükəsizliyi keşiyində duranları xətadan-bəladan hifz eləsin! AMİN!”
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










