Özünü müalicə aldığı xəstəxanadan yerə ataraq öldü - Rəsmi açıqlama

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, tibb ocağının Terapiya Şöbəsindəki xəstə - Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev özünü ikinci mərtəbədən atıb. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü atdığı iddia edilir.
Məsələ ilə əlaqədar TƏBİB-dən verilən açıqlamada bildirilib ki, 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.
06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub.
Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib.
10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.
Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib”.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












