Parkinq ərazisində araba saxladı, bələdçini döydü - Məhkəmə qərarı

Bakıda avtomobil dayanacağında yük arabası saxlayan şəxslə bələdçi arasında dava düşüb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pospekti 126 ünvanın yaxınlığında baş verib.
Belə ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş Elçin Məmmədov (soyad şərti) yük arabasını həmin ünvandakı avtomobil parklanma ərazisində saxlayıb. "AzParking" şirkətində bələdçi işləyən Zaur adlı zərərçəkmiş Elçinə irad bildirərək, arabanı başqa yerdə saxlamasını tövsiyə edib. Təqsirləndirilən şəxs isə ona yorulduğunu, birazdan gedəcəyini deyib və tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Elçin "AzParking"in bələdçisinin döş qəfəsi nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. Hadisədən sonra saxlanılan təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məhkəmənin hökmü ilə Elçin Məmmədov 1200 manat cərimə edilib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












