Partlayışda həlak olan ailə üzvləri dəfn edildi - FOTO

Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə qurbanları Şamiq Quliyev, Bəhruz Quliyev və Natiq Quliyev ailənin yaşadığı Hindarxda qəsəbə qəbiristanlığında dəfn edilib.
Babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd və Murad Məmmədli qardaşları yaşadıqları kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Ailənin digər üzvləri Ülviyyə Məmmədli (Məhəmməd və Muradın anası - red.) və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Xatırladaq ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir:
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












