Pasiyentin ölümünə səbəb olan 70 yaşlı həkimin cəzası azaldıldı

Əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən Masallı rayon Mərkəzi Xəstəxanasının həkim-anestezioloqu 70 yaşlı Nofəl Səlimovla bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə ittiham edilən həkim ona bəraət verilməsini xahiş edib.
Məhkəmə verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 314.2-ci maddəsini məcəllənin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edib. İttiham edilən şəxsin cəzası əsas və əlavə cəzaya münasibətdə 6 ay azaldılıb.
Xatırladaq ki, Masallı Rayon Məhkəməsinin qərarı ilə Nofəl Səlimova 2 il müddətə peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzası 1 il 6 ay müddətinə sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin noyabr ayında baş verib. 29 yaşlı Elnurə Kərimli 38 həftəlik hamiləliklə Masallı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. O, qeysəriyyə əməliyyatı olunub. Körpəsi sağlam dünyaya gəlsə də, qadının halı pisləşib və onda qıcolma yaranıb. Pasiyent Bakıya Respublika Kliniki Xəstəxanasına göndərilib və orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












