Pişiyinin qisasını almaq istədi: 6 avtomobili yandırdı – VİDEO

Pişiyinin qisasını almaq istəyən təqaüdçü 6 avtomobili yandırıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
66 yaşlı yerli sakin iddia edib ki, qonşuluqdakı minivenin sahibi onun pişiyini maşınla vuraraq öldürüb. Bundan sonra qəzəbini boğa bilməyən yaşlı kişi həmin minivenə od vurub. Lakin alov qısa müddətdə nəzarətdən çıxaraq ətrafdakı digər nəqliyyat vasitələrinə də keçib. Nəticədə, miniven də daxil olmaqla, 5 avtomobil tamamilə yanaraq kül olub, daha bir maşına isə ciddi ziyan dəyib.
Hadisədən dərhal sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və 66 yaşlı təqaüdçü saxlanılıb. Başqasının əmlakını qəsdən məhv etməkdə ittiham olunan kişini indi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Namiq Musayev
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ













