Piyada əlində siqaret yolun ortasında uzanıb təhlükə yaratdı - AÇIQLAMA - VİDEO

Göyçayda sürücülərə təhlükə yaradan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 19-da səhər saatlarında rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, gənc oğlan əlində siqaret yolun ortasında uzanaraq ərazidən keçən avtomobillərin hərəkətinə əngəl törədib. Xoşbəxtlikdən sürücülər piyadanı görən zaman manevr edərək baş verə biləcək qəzadan yayınıblar. Yaxınlıqdakı insanlar onu yoldan kənarlaşdırmaq istəsələr də, piyada onlara əhəmiyyət verməyib. Şahidlərin iddiasına əsasən, o, uzun müddət yerdə uzanıqlı vəziyyətdə qalıb.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Sözügedən şəxsin ayrı-ayrı ərazilərdə də eyni əməli törətdiyi bildirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 18-də Göyçay rayon sakini E.Əzizov sərxoş vəziyyətdə yolu keçərkən yıxılıb və ətrafdakıların köməyi ilə ərazidən kənarlaşdırılıb. Həmin şəxs barəsində əvvəllər də dəfələrlə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












