Polşada meşə yanğınını söndürməyə gələn təyyarə qəzaya uğradı: Ölən var

Polşanın Lyublin voyevodalığına daxil olan Belqoraj rayonunun Kozaki kəndi ərazisində başlayan genişmiqyaslı meşə yanğınının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov təqribən 250 hektar meşə zolağına ziyan vursa da, yanğınsöndürənlər onun daha da genişlənməsinin qarşısını almağa müvəffəq olublar.
Avtosfer.az xəbər verir ki, məlumatı RMF24 nəşri yayıb.
Gecə saatlarında həyata keçirilən xilasetmə tədbirləri zamanı bədbəxt hadisə qeydə alınıb. Belə ki, alovla mübarizəyə cəlb olunan "M18 Dromader" markalı yanğınsöndürən təyyarəsi qəzaya düşüb. Nəticədə pilot hadisə yerində həyatını itirib.
Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski həlak olan pilotun peşəkar və çox təcrübəli mütəxəssis olduğunu diqqətə çatdırıb.
Xilasetmə qruplarının məlumatına əsasən, ağacların yuxarı hissəsi ilə sürətlə irəliləyən və "tac yanğını" kimi tanınan alov vəziyyəti daha da mürəkkəbləşdirir. Əraziyə daxil olmaq çətinlik yaratdığı üçün prosesə xüsusi təyinatlı texnikalar, Dövlət Meşə Xidmətinə məxsus helikopterlər və polis qüvvələri də cəlb olunub.
Baş verən hadisə ilə əlaqədar Varşavada gecə saatlarında böhran mərkəzinin xüsusi iclası keçirilib. Eyni zamanda, hökumət rəsmiləri, yanğından mühafizə idarəsi və meşə təsərrüfatı nümayəndələri yanğın bölgəsinə yollanıblar.
Alovun qarşısının alınması prosesinə Ərazi Müdafiə Qüvvələrinin şəxsi heyəti də dəstək verir. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın verdiyi məlumata görə, hərbi qulluqçular ərazidə fəaliyyət göstərən yanğınsöndürmə briqadalarına yaxından köməklik göstərəcəklər.
May ayının 6-sı səhər saatlarına olan məlumata əsasən, yanğının miqyası lokallaşdırılsa da, potensial təhlükə hələ tam sovuşmayıb.
Mütəxəssislər bölgədəki vəziyyəti daim nəzarətdə saxlayır və xüsusilə yeni alov ocaqlarının yaranma ehtimalını yoxlamaq məqsədilə dronlardan fəal şəkildə istifadə edirlər.
Polşa Hökumət Təhlükəsizlik Mərkəzi ətraf qəsəbə və kəndlərdə yaşayan vətəndaşlara müraciət edərək, qatı tüstülənməyə görə pəncərələri bağlı saxlamağı və operativ xilasetmə xidmətlərinin tövsiyələrinə ciddi əməl etməyi xahiş edib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











