Prospektdə təhlükə yaradan piyada maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO

Paytaxtın Neftçilər prospektində piyadanın yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da axşam saatlarında qeydə alınıb. Kadrlardan aydın olur ki, orta yaşlı kişi nəqliyyatın intensiv hərəkət etdiyi prospektdə yolu müəyyən olunmamış hissədən keçməyə çalışıb. Bu zaman o, ən sağ zolaqda hərəkətdə olan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Sürücü təhlükəni vaxtında hiss etdiyi üçün ani manevr edərək avtobus zolağına keçib və mümkün toqquşmanın qarşısını son anda ala bilib. Hadisə zamanı digər nəqliyyat vasitələrinin hərəkəti də qısa müddətlik risk altında qalıb.
Xatırladaq ki, yüksək sürət rejiminin tətbiq olunduğu prospekt və magistral yollarda piyadaların yolu təyin edilməmiş yerdən keçməsi ən ağır nəticələrə səbəb olan qayda pozuntularından hesab olunur. Belə ərazilərdə sürücünün əyləcə reaksiya müddəti saniyələrlə ölçüldüyündən, bir addımlıq ehtiyatsızlıq həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Nərmin
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












