Qadının maşınının yanacaq çəninə su tökdü, evinin işığını söndürdü - Həbs olundu

Bakıda tanıdığı xanımın avtomobilinin yanacaq çəninə su tökən və evinin işığını söndürən şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1985-ci ildə Bakı şəhərində doğulmuş V.Z. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs taksı fəaliyyəti ilə məşğul olur və ötən ildən C.X. adlı xanımla münasibətləri yaranıb. Lakin bir müddət əvvəl C.X. ilə münasibətləri pozulan V.Z. onunla danışmaq qərarına gəlib. Amma zərərçəkmiş şəxs maşının qapısını və şüşəsini bağlayaraq, onunla danışmaqdan imtina etdiyi üçün təqsirləndirilən şəxs onun avtomobilinin yanacaq çəninə su töküb və digər xırda xuliqanlıq əməllərini törədib. Hətta C.X.-nın yaşadığı evin işıqlarını söndürüb, iş yerinin qarşısında gedərək onu təhqir də edib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 5 gün müddətinə inzibati həbs tətbiq olunub.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












