"Qanqster nənə" həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik ...

Böyük Britaniyada 65 yaşlı təqaüdçü qadının rəhbərlik etdiyi ailə külli miqdarda narkotik satışına görə mühakimə edilib. Məlumata görə ailə öz "fəaliyyət"ləri müddəti ərzində dəyəri 100 milyon dollardan, çəkisi isə bir tondan çox olan kokain satışı həyata keçirib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Londonda "Arıların kraliçası" və "Qanqster nənə" ləqəbləri ilə tanınan Debora Meyson Böyük Britaniyada ən böyük narkokartellərindən birini təşkil etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. İngilislər onun cinayətini Britaniya ədliyyəsi tarixində ailə təşkilatı ilə bağlı olan ən böyük narkotik hadisələrindən biri adlandırırlar. Beləliklə, istintaq müəyyən edib ki, qadın öz qohumları - bacısı, uşaqları, uşaqların şərikləri və hətta qızının rəfiqəsi ilə birlikdə 7 ay ərzində ölkə daxilində kokain satışı ilə məşğul olub. Narkotik partiyalarının topdansatış dəyəri ən azı 30 milyon dollar olduğu halda, ümumi pərakəndə satış dəyəri 100 milyon dolları keçib. Aylarla davam edən izləmələrdən sonra London polisi bu işdə əli olanların hamısını həbs edib. Debora Meysonla yanaşı onun qızları Demi Brayt (30 yaş) və Rozanna Meyson (29 yaş) - hər biri 11 ilə qədər, digər qızı, Lilli Brayt (26 yaş) - 13 il, oğlu Redji Brayt (24 yaş) - 15 il, bacısı Tina Qoldinq (66 yaş) - 10 il, qızının ortağı Demi Kendall (31 yaş) - 13.5 il, qızının rəfiqəsi Anita Sloter (44 yaş) - 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Ümumilikdə məhkəmə qrup üzvlərinə 106.5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO











