“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsində baxılıb. X.Hacıyeva ərazisində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir. Hazırda boşanma ərəfəsində olan qadının iddiasına görə, Eduard Hacıyev aldığı avtomobil və daşınmaz əmlakları qohumlarının adına sənədləşdirir. Onun sözlərinə görə, ərinin maaaşı təqribən 2 min manat olsa da, qeyd edilən əmlakları əldə etməsi mümkün deyil və həmin qanunsuz pullar onların ailəsinin dağılmasına səbəb olub. X.Hacıyeva ərizəsində onu da bildirib ki, ümumilikdə 47.650 manat dəyərində cehiz kimi gətirdiyi şəxsi əmlak və birgə nikah dövründə alınan əşyalar cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmənin hökmünə əsasən, iddia qismən təmin edilib. Qərara əsasən, cavabdeh həyat yoldaşına dəyəri təxminən 7 min manat olan qızılları qaytarmalı, o cümlədən 1047 manat ödəməlidir.
Qeyd edək ki, Eduard Hacıyev daha öncə Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmələrdə dindirilib. Eduard Hacıyev 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi hərbi hissədə işlədiyi dönəmdə 151 min manat pul mənimsədiyini, onu da geri qaytardığını etiraf etmişdi.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












