Qanunsuz silahlı birləşməyə qoşulan şəxs 7 il azadlıqdan məhrum edilib

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həmin birləşmənin təlimlərində iştirak etməkdə təqsirləndirilən Elxan İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Elxan İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən şəxs xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulub, birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak edib və həmin birləşmənin silahlı mühafizəsində iştirak edib. Elxan İbrahimov AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, habelə onların fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirli bilinib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












