Qardaşı ilə mübahisə etdi, atasını güllələyib öldürdü - Biləsuvarda dəhşətli qətl

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasının qətlində təqsirləndirilən 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırlı 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Biləsuvar rayonunun Təzəkənd kəndində baş verib. 1995-ci il təvəllüdlü E.Bağırlı yaşadığı evdə qardaşı Pərvizlə mübahisə edib. O, mübahisə zamanı qardaşını qorxutmaq istəyib və bu məqsədlə tövlədə olan, atasına məxsus ov tüfəngini götürərək qardaşını nişan alıb. Həmin vaxt hadisəni görən atası İqbal Bağırov tüfəngi Eyvazın əlindən almaq istəyib və bu məqsədlə tüfəngdən tutub. Mübahisə nəticəsində E.Bağırlının əli tüfəngin tətiyinə dəyib və atəş açılıb. Atəş nəticəsində ağır güllə yarası alan İqbal Bağırov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Bağırov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb və Eyvaz saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












