Qardaşı uşaqlarını baltalayan əmi öldü - ŞOK SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

Baş Prokurorluq Cəlilabadda qardaşının iki övladını baltalmaqda təqsirləndirilərək saxlanılan Əli Nağıyevin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Əli Hüseynbala oǧlu Naǧıyevin ölüm faktı da araşdırılır.
Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək./oxu.az
***14:48
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölümünün təfərrüatları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.
Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.
***14:06
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












