"Qavaldaş nağara" maketi məhv edildi - Məhkəmə bitdi

Xalq artisti Natiq Şirinov ilə onun ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi məhkəmənin qərarı ilə “Qavaldaş nağara” ideyası və əsərinin ona məxsus olduğunun təsdiqləndiyini və maketin məhv edildiyini bildirib:
“Azərbaycan Respublikasının məhkəməsinin qərarı ilə təsdiq olundu ki, “Qavaldaş nağara” ideyası və əsəri Natiq Şirinova məxsusdur. Məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış “Qavaldaş nağara” maketi məhv edildi və cərimə ödənildi. Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil. Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir. Bu məsələlər qanun qarşısında həll olunur və olunacaq. Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır”.
Qeyd edək ki, Xalq artisti “Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi. Sənətçi həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və məhkəmə iddianı əsassız sayaraq rədd etmişdi. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin etmişdi.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












