Qayınatası maşın almadığı üçün arvadını döydü

Saatlı rayonunda kişi arvadını döyüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Təvəkkül Ağayev (ad və soyad şərtidir) 2023-cü ildə ailə həyat qursa da, onların birgə nikahdan övladları olmayıb və buna görə cütlük müalicə almağa başlayıb.
Bundan bir qədər sonra Təvəkkül həyat yoldaşına deyib ki, atasından ona avtomobil almağı tələb etsin.
Təvəkkül bir gün axşam işdən evə qayıdıb və arvadından soruşub ki, atası maşın alır, ya yox.
Həyat yoldaşı isə Təvəkkülə söyləyib ki, bu barədə atasına heç bir söz deməyib. Qadın xahiş edib ki, bu istəyini ona özü bildirsin. Reaksiyadan əsəbiləşən Təvəkkül arvadı ilə mübahisə edib və qadını döyüb.
Bundan sonra qadın evi tərk edərək atasının evinə gedib və hadisə barədə polisə məlumat verib.
Müraciət əsasında polis əməkdaşları gələrək, T.Ağayevi saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə T.Ağayevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












