Qazaxıstan nefti daşıyan iki tanker dron hücumuna məruz qalıb

Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalında Qazaxıstan nefti daşıyan iki tanker pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Avtosfer.az konsorsiumun saytına istinadən xəbər verir ki, neftin yüklənməsi dayandırılıb, xəsarət alan yoxdur.
Konsorsiumun məlumatına görə, hücumun hədəfi Liberiya bayrağı altında üzən ASIA və Marşall adalarının bayrağı altında olan NISSOS IOS tankerləri olub.
Göyərtədə beynəlxalq heyətlər olub. Hücum nəticəsində ASIA tankerində yanğın baş verib. Qəza-xilasetmə qüvvələrinin cəlb edilməsi sayəsində yanğını söndürmək mümkün olub.
Neft sızması baş verməyib, hər iki tanker üzmə qabiliyyətini qoruyub saxlayıb. Hazırda mütəxəssislər dəymiş ziyanı qiymətləndirirlər.
Konsorsium baş verənləri məqsədyönlü terror hücumu adlandırıb və bəyan edib ki, bu, konsorsiumun mülki infrastrukturuna qarşı artıq beşinci birbaşa təcavüz hadisəsidir.
Xəzər Boru Kəməri Konsorsiumu Tengiz, Kaşağan və Karaçaqanak yataqlarından neft nəql edir. Xatırladaq ki, iyulun 17-də "Nordic Zenith" neft tankeri də PUA zərbələrinə məruz qalmışdı. Hücum zamanı gəmidə neft olmayıb.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












