Qəbələdə əməliyyat olunan 16 yaşlı qız xəstəxanada ÖLDÜ - YENİLƏNİB

"İyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, əməliyyatdan sonra xəstə tam ayılıb, adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib:
"İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:35-də pasiyentin ölüm faktı qeydə alınıb".
"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.(oxu.az)
***11:32
Qəbələdə 16 yaşlı qız xəstəxanada ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Qəbələ rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub. Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi










