Qəbiristanlıqda ölülərin qızıl dişləri oğurlandı

Vəfat etmiş insanların qızıl dişlərini sökməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edilib.
Avtosfer.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Yasamal qəbiristanlığında fəhlə kimi çalışan sözügedən şəxs dəfn prosesindən öncə meyitlərin üzərindəki qızıl dişləri çıxarıb götürürmüş.
Sözügedən qanunsuz əməli dəfələrlə təkrarlayan təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə mühakimə edilib. Məhkəmənin qərarı ilə ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs irəli sürülən ittihamlar üzrə özünü təqsirli bildiyini etiraf edib və bu əməli maddi çətinliklər səbəbindən törətdiyini bildirib.
Cinayət işi çərçivəsində iki vətəndaş zərərçəkmiş qismində tanınıb. Hesablamalara görə, onlara dəymiş ümumi maddi ziyan 1 370 manat təşkil edib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












