"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır

"QHT işi" üzrə ittiham olunan daha bir şəxsin məhkəməsi başlayır. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Elşən Vəliyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası oktyabrın 23-nə təyin edilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO
Maşına minmək istəyirdi, ilanla qarşılaşdı - VİDEO
Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO
Rəislərin məhkəməsi başlayır - Nədə ittiham olunurlar?
Azərbaycanlı Qahirə Əynalovanın yaxtasında Lukaşenko izi: FSB diplomatı necə qaçırdı?
Qazaxa ovuc boyda dolu yağdı; avtomobillərə də ziyan dəydi - VİDEO
Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – VİDEO








