Qısa ətəyə görə anasını hoteldə öldürdü - Avtovağzaldakı qətlin ŞOK DETALLARI

Anasını hoteldə öldürən yeniyetmənin məhkəməsi başlayıb.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi anasını qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı A.Q-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən A.Q ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilib.
Təqsirləndirilən A.Q ifadə verməkdən imtina edib. O, istintaqda verdiyi ifadəni təsdiq edib.
Məhkəmə A.Q-nın ilkin istintaqda verdiyi ifadəni səsləndirib.
A.Q istintaqa verdiyi ifadəsində törətdiyi əməldən peşiman olmadığını deyib:
"Mən namusumu təmizləmişəm, peşiman deyiləm".
Növbəti proses gələn il, yanvarın 21-nə təyin edilib.
Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu A.Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəlib. Onlar bir günlük 'Bakı Beynəlxalq Avtovağzal Kompleksi'nin daxilində yerləşən hoteldə gecələməli olublar.
A.Q anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə düşüb. Mübahisə zəminində A.Q oteldə anasını qətlə yetirib.

Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO












