"Qobu Park-2"də binaların altına vurulan beton avtomobil yolunu SIRADAN ÇIXARDI - VİDEO - YENİLƏNİB

"Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Qobu Park" yaşayış kompleksində davam edən təmir işləri tamamlandıqdan sonra ərazinin təmizlənməsi təmin ediləcək və mövcud problemlər tamamilə aradan qaldırılacaq".
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, yaşayış kompleksinin podratçısı tərəfindən binaların vəziyyəti müntəzəm olaraq yoxlanılır və zəruri profilaktik tədbirlər həyata keçirilir.
***12:18
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində binaların altına dolan qrunt sularının qarşısını almaq üçün istifadə edilən beton növbəti dəfə avtomobil yolunu sıradan çıxarıb.
Avtosfer.az xəbər verir ki, oxu.az-a danışan sakinlərin sözlərinə görə, bir müddət əvvəl qrunt sularının təsirindən əyilən binaların stabilliyini bərpa etmək üçün onların altına xüsusi beton vurulub.
Beton çatları doldurmaq və konstruksiyaları sabitləşdirmək üçün istifadə edilsə də, zamanla normadan artıq şişərək yaşayış kompleksinin yaxınlığındakı avtomobil yolunun səthini deformasiyaya uğradıb. Nəticədə isə yol sıradan çıxıb. Yolların isə sıradan çıxması sakinlərə çətinlik yaradıb və onların avtomobillərinə ciddi maddi ziyan vurub.
Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.
Görüntüləri təqdim edirik:
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












