Qobustanda qayınata gəlinini qətlə yetirdi - YENİLƏNİB

Qobustan rayonunda 24 yaşlı gəlinin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, faciə baş verən ailənin hamısı təhsil işçisi imiş.
Qətlə yetirilən G.Ağabəyli həyat yoldaşı Tayfun Ağabəyli ilə tələbə yoldaşı olub və hər ikisi Təklə kənd orta məktəbində musiqi müəllimi işləyirmiş. Cütlük iki il öncə ailə həyatı qurub, övladları olmayıb. Şamaxı şəhər sakini olan G.Ağabəyli iki il öncə Təklə kəndinə gəlin gəlib.
Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev həmin orta məktəbdə ibtidai sinif müəllimi işləyib, iki il əvvəl yaşa görə təqaüdə çıxıb. O.Ağayevin həyat yoldaşı Sevil Ağayeva isə həmin məktəbdə kitabxanaçı işləyir.
Məlumata görə, hadisə ani baş verib. Hadisə vaxtı O.Ağayevin oğlu Tayfun Ağabəyli evdə olmayıb, G.Ağabəyli ilə qayınanası S.Ağayevə evin eyvanında çay içirmişlər. Həmin vaxt O.Ağayev evə gələrək onlardan çay istəyib. S.Ağayeva həyat yoldaşına çay gətirmək üçün mətbəxə keçib və bu vaxt qəfil qışqırıq səsi eşidib. Dərhal geri qayıdan qadın həyat yoldaşının əlində dəmir parçası ilə gəlinləri G.Ağabəylinin baş nahiyəsinə zərbələr endirdiyini görüb. Qadın ərinə mane olmağa çalışsa da, mümkün olmayıb. Bu zaman O.Ağayev həyat yoldaşının da baş və bədən nahiyəsinə ağır zərbə endirib və qadın zərbənin təsirindən huşunu itirib. Bundan sonra O.Ağayevin G.Ağabəylini xüsusi amansızlıqla qətlə yetirdiyi ehtimal edilir.
Hadisədən sonra O.Ağayev Qobustan Rayon Polis Şöbəsinə gedərək təslim olub.
İlkin ehtimala görə, O.Ağayev G.Ağabəylini qısqanclıq zəminində qətlə yetirib. Məlumata görə, o, gəlininin başqa bir şəxslə münasibətdə olduğunu eşidib və bu səbəbdən qətlə yetirmək qərarına gəlib. Buna görə də O.Ağayev evə gələrək həyat yoldaşını çay gətirmək adı ilə mətbəxə göndərəndən sonra gəlinə zərbələr endirib.
Faktla bağlı cinayət işi başlanıb.
***10:36
Qobustanda qətl hadisəsi törədilib.
Avtosfer.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Günel Ağayeva qayınatası tərəfindən qətlə yetirilib.
Kişi qətli törətdikdən sonra polisə təslim olub.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












