Qonaq gedən sərxoş qadın həyətə düşüb maşınları cızıq-cızıq etdi - VİDEO

Sərxoş qadın 4 avtomobilə zərər vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tver şəhərinə qonaq gələn 39 yaşlı moskvalı qadın spirtli içki qəbul etdikdən sonra gecə saatlarında naməlum səbəbdən həyətə düşüb. O, əlindəki metal açarla park edilmiş avtomobillərin yanından keçərək onlara ciddi ziyan vurub. Zərər çəkmiş avtomobillərin sahibləri dərhal polisə müraciət ediblər. Onların sözlərinə görə, hər bir avtomobilə dəymiş ziyanın məbləği 35 min ilə 69 min rubl arasında dəyişir. Ümumi maddi ziyan isə 185 min rubldan çoxdur. Həyətdəki təhlükəsizlik kameralarının görüntüləri sayəsində polislər hadisəni törədənin şəxsiyyətini qısa müddətdə müəyyən edə biliblər. Saxlanılan qadın törətdiyi əməli etiraf edib. Hazırda müstəntiqlər qadının avtomobillərə qarşı bu aqressiyasının səbəbini araşdırırlar.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












