Qonşular arasında DAVA: yaşlı qadın ÖLDÜRÜLDÜ

Sumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhrum edilib.
İttiham materiallarına əsasən, M.Şərifov Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qonşusu, 66 yaşlı Mehparə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır.
İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl M.Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların M.Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb.
Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehparə Ələkbərova ilə mübahisə edib. M.Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şərifov saxlanılaraq istintaqa təhvil verilib./oxu.az
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












