Qonşularını qətlə yetirən ata və oğula hökm oxundu

Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə sonuncu məhkəmə iclası keçirilib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə bu il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Belə ki, Elşad Abbasov və oğlu Elçin Abbasov kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu avtomobildə tamah məqsədilə məftillə boğaraq qəsdən öldürüblər. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












