Qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Şəmkirdə evlərdən birinə basqın edən şəxs həbs olunub.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini Akif Məmmədov maska və əlcək geyinərək, qonşusu Tahirə Əmirovanın evinə basqın edib. O, qadının evində pul olduğunu zənn edərək, mənzildə axtarışa başlayıb.
Həmin vaxt həyətdə olan qadın evə daxil olarkən A.Məmmədovla qarşılaşıb. Maskalı şəxs ev sahibəsinə hücum edərək, ona baş nahiyəsindən xəsarət yetirib.
Daha sonra qonşusunu ölümlə hədələyərək, evindəki pulları tələb edib. Həyatına təhlükə yarandığını görən qadın evində olan üç min manatı gətirərək A.Məmmədova verib. O, pulları alandan sonra hadisə yerini tərk edib.
Təxminən bir saatdan sonra A.Məmmədov alibi yaratmaq üçün həyat yoldaşına bildirib ki, Tahirə Əmirovanın evinə oğru girib. O, arvadı ilə birlikdə T.Əmirovanın evinə gəlib, hadisədən xəbərsiz kimi ona təsəlli verib.
Ancaq A.Məmmədovun əməli qısa müddətdə ifşa edilib. Polisin keçirdiyi tədbirlərlə hadisənin onun tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, A.Məmmədovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












