Qusarda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - Ölən var - YENİLƏNİB

"Qusarda dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilən nənə və nəvəsi evə buraxılıblar".
Bu barədə zərərçəkmişlərin ailə üzvü Ələkbər Əmiraslanov məlumat verib.
O bildirib ki, hadisə nəticəsində zəhərlənən anası Əntiqə Qasımova və 1 yaşlı oğlu Emin Əmiraslanovun vəziyyəti stabilləşib. Onlar tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar:
"Hazırda hər ikisinin vəziyyəti stabildir. Hadisə nəticəsində atam dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. İlkin ehtimal kimi mətbəxdəki qaz cihazından olması bildirilir. Amma bu da dəqiq deyil. Hadisənin səbəbi araşdırmalardan sonra məlum olacaq"./oxu.az
***11:53
Qusarda bir ailənin üç üzvünün dəm qazından zəhərlənməsi hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 7-si saat 1 radələrində rayonun Əniğ kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Ə.Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Ə. yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində R.Əlisultanov hadisə yerində ölüb, Ə.Qasımova və E.Ə. isə xəstəxanaya yerləşdiriliblər.
İlkin ehitmala görə, hadisə fərdi yaşayış evinin mətbəx hissəsində qaz plitəsində baş verən nasazlıqdan olub. Belə ki, mətbəxdəki qaz plitəsində baş verən nasazlıq nəticəsində evə dəm qazı sızıb. Nəticədə mətbəxə yaxın olan otaqda yatan üç nəfər zəhərlənib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, R.Əlisultanovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***11:18
Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.
R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Araşdırma aparılır.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












