Rəis vəfat etdi: 2 ay vəzifədə qaldı - FOTO - VİDEO - YENİLƏNİB

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Avtosfer.az xəbər verir ki, onun meyiti bu gün Şamaxı şəhərində, kirayə yaşadığı evdə aşkarlanıb. Hadisə şəhərin Adil Quliyev küçəsi, 12 ünvanında baş verib.
Məlumata görə, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan əvvəl isə o, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edib.
Gəncə şəhərindən olan Vüsal İbrahimov ailəli olub və beş övladı var.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***11:36
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.
Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO













