Rəqqasə yenidən polisə müraciət etdi

Rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə polisə müraciət edib.
Avtosfer.az “Axşam.az”a istinadən xəbər verir ki, rəqqasənin sözlərinə görə, bu dəfə dələduzlar ona öz adından yazaraq pul istəyiblər:

"Bir neçə müddətdir xoşagəlməz hallar baş verir. Tanınmış insanların adından istifadə edirlər və bizim nüfuzumuza xələl gətirirlər. Bu insanlar dayanmadan öz qanunsuz işlərinə davam edirlər. Bu gün mənim iş nömrəmə elə öz adımdan yazıblar ki, köməyə ehtiyacım var. Artıq polisə ərizə yazmışam. Xahiş edirəm, bununla ciddi məşğul olun. Fərqi yoxdur, tanınmış biri olsun və ya adi vətəndaş, imkan verməyin ki, nüfuzumuza xələl gəlsin".
Xatırladaq ki, Fatimə daha əvvəl daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlamışdı.
Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərli, Fərqanə Qasımova, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyeva, İlkin Həsəni, Tarix Əliyev (Tolik), müğənni Kamilə Nəbiyeva, keçmiş "Dəyirman" qrupunun solisti ABD Malik, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












