Restoranda sərxoş oldu, müdiri söydü - Videoya çəkib rəhbərliyə göndərdilər

Bakıda iş yerində 9 nəfər birləşərək iş yoldaşlarını döyüblər. Avtosfer.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə, hadisə böyük şirkətlərdən birində baş verib.
Orxan Nəcəfov və Sübhan Qulamov (ad-soyadlar şərtidir) bir yerdə işləyiblər. Onlar yeyib-içmək üçün Bakıdakı restoranlardan birinə gediblər, spirtli içki qəbul ediblər.
Nəticədə O.Nəcəfov sərxoş olub. İş məsələsi ilə bağlı danışan zaman o, iş yerindəki şəraitdən narazılığını bildirib, buna görə rəhbərliyi günahlandırıb və söyüb.
Bundan sonra onlar arasında dava düşüb, bir-birlərini döyüb xəsarət yetiriblər. O.Nəcəfovun dişləri sınıb, dodaqları partlayıb. Sübhan Qulamov iş yoldaşına bıçaqla da yüngül xəsarət yetirib.
S.Qulamov O.Nəcəfovun sərxoş olduğunu fürsət bilərək onun dediklərini, daha dəqiqi müdiri söyməsini gizli şəkildə videoya çəkib. O, həmin görüntüləri növbəti gün rəhbərinə göndərib.
Bundan sonra iş yerində 9 nəfər birləşərək Orxan Nəcəfovu döyüb və ləyaqətini alçaldıb.
Ekspertiza və müstəniq rəyinə əsasən, Orxan Nəcəfovun döyülməsi yüngül xəsarət olaraq qeyd edilib. Videonu lentə alan Sübhan Qulamov isə günahını etiraf edib və hakimdən əfv olunmasını istəyib. Nəticədə hakim amnistiya aktına əsaslanaraq, şikayətə xitam verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












