Romada araşdırmaçı jurnalistin avtomobili partladıldı

Romada italiyalı jurnalist Siqfrido Ranuççinin avtomobili partladılıb. Partlayış nəticəsində onun və qızının yaxınlıqda park edilmiş avtomobillərinə ciddi ziyan dəyib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Rai" dövlət televiziyasının araşdırma proqramının aparıcısı olan jurnalist özü məlumat verib.
Məlumata görə, paytaxtın cənubunda baş verən partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, yaxınlıqdakı binaya da ziyan vurub. Lakin heç kim xəsarət almayıb.
"Qızım özü partlayışdan bir az əvvəl oradan olub, o, həlak ola da bilərdi", - deyə jurnalist qeyd edib.
Siqfrido Ranuççinin fikrincə, hadisə yeni araşdırma proqramlarını elan etməsi ilə bağlıdır.
Partlayış yerində xüsusi təyinatlı polis bölmələri və yanğınsöndürənlər işləyir, bütün lazımi araşdırmalar aparılır. Jurnalistin sözlərinə görə, bombalar avtomobilin altına qoyulubmuş.
Paylaşılan videoda kapotu dağılmış avtomobil, eləcə də bir neçə metr aralı səpələnmiş çoxsaylı kiçik hissələr və predmetlər görünür. Ranuççi daha əvvəllər də proqram araşdırmalarının toxunduğu mövzulara görə dəfələrlə qalmaqallarla üzləşib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












