Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyanın Krasnodar diyarının Tuapse Rayon Məhkəməsi azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus, dəyəri 960 milyon rubldan çox (təxminən 19,5 milyon manat) olan aktivləri dövlət gəlirinə çevirib. Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Ş.Novruzov eyniadlı kurortun tikintisini həyata keçirən "Sipayn Resort" MMC-nin fəaliyyətinə rəhbərlik edir. İş adamının aktivləri prokurorluğun təşəbbüsü ilə kurortun tikintisi zamanı ətraf mühitə vurulduğu iddia edilən təxminən 1 milyard rubl (20,3 milyon manat) həcmində zərərin ödənilməsi məqsədilə müsadirə edilib.
Məlumata görə, "Sipayn Resort" MMC-nin nizamnamə kapitalındakı 100% pay, həmçinin şirkətin əmlakı və Ş.Novruzovun şəxsi mülkiyyəti dövlətin gəlirinə keçirilib. Bu siyahıya Tuapse rayonunda torpaq sahələrində paylar, bank hesablarındakı vəsaitlər, yaşayış evi, mənzil, eləcə də VAZ, "Mercedes" və "Lexus" markalı avtomobillər daxildir.
Formal olaraq Ş.Novruzov "Sipayn Resort" MMC-nin sahibi hesab olunmur. Lakin şirkətdəki mənbələr bildiriblər ki, kurortun tikintisini faktiki olaraq məhz o idarə edir. Hazırda iş adamı Krasnodar diyarında aktivlərin əldə edilməsi zamanı dələduzluq ittihamı ilə həbsdədir.
Qeyd edək ki, 2024-cü ildə prokurorluq tikinti meydançasında bir sıra pozuntular aşkar edib. İdarənin məlumatına görə, dənizə çıxış yaratmaq məqsədilə inşaatçılar qayanın bir hissəsini dağıdaraq qruntu sahilboyu əraziyə töküblər. Bu isə landşaftın dəyişməsinə səbəb olub. Rayonlararası prokuror "Sipayn Resort" MMC-yə qarşı ekoloji zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












