Rusiyada azərbaycanlı sürücünü öldürüb Bakıya qaçdı, narkotiklə yaxalandı

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən şəxsin qətl törətdiyi üzə çıxıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini Elçin Səfərov 2014-cü ildə işləmək üçün Rusiyanın Tula vilayətinə gedir.
O, həmin ərazidə taksi sürücüsü işləyən Vicay Cəbrayıllının vasitəsilə rus qadınla tanış olur və onun kirayələdiyi evdə yaşayır. Vicay Cəbrayıllı Elçinə nəsə lazım olsa, kömək edə biləcəyini deyir.
Bir müddətdən sonra Vicay Cəbrayıllı Elçin Səfərovun Abdul adlı azərbaycanlı ilə tanış olduğunu bilir. V.Cəbrayıllı ondan Abduldan uzaq durmasını xahiş edir və bildirir ki, Abdul onun arxasınca danışır. E.Səfərov bu barədə Abdulla danışır və Abdul Vicayın yalan danışdığını bildirir.
Bir müddət sonra Elçin Səfərova qadının evinə müvəqqəti qeydiyyata düşmək üçün pul lazım olur və o, bu barədə Vicaya müraciət edir. Vicay ona lazım olan məbləği verir və ona qadının evinə qeydiyyata düşməsinə yardım edir. Daha sonra E.Səfərovla Vicay arasında mübahisə yaranır və Elçin Vicayın ona yalan danışdığını deyir. Mübahisə zamanı Vicay Elçini döyür. Elçin isə Vicaydan bunun heyfini çıxacağını bildirir.
Hadisədən bir neçə gün sonra Elçin yenidən Vicaya zəng vurub onunla söhbət etmək istədiyini deyir. Vicay avtomobili ilə Elçini götürüb yaşadıqları yerdən xeyli kənarda yerləşən meşəyə gedir. Onlar maşında mübahisə edir və əlbəyaxa olurlar. Hadisə zamanı Elçin üzərində gəzdirdiyi bıçaqla Vicaya ürək nayihəsindən zərbə endirir.
Hadisədən sonra Elçin ərazidən qaçaraq rus tanışının vasitəsilə Ukraynaya, oradan isə Azərbaycana qaçır.
2021-ci ildə Elçin Səfərov Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılır. Onun üzərindən narkotik vasitə aşkarlanır.
Məhkəmənin hökmü ilə E.Səfərov 4 il azadlıqdan məhrum edilir. O, cəzasının 3 il 2 ayını çəkdikdən sonra vaxtından tez azadlığa buraxılır.
2024-cü ilin oktyabr ayında isə Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Səfərovun Rusiyada cinayət törətdiyi məlum olur və keçirilmiş növbəti əməliyyat axtarış zamanı o, saxlanılır fakta görə cinayət işi başlanır.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səfərov 9 il 6 ay azadlıqdan məhrum edilir.
Bakıda maşında qadın DÖYÜLDÜ
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO










