Rusiyada FACİƏ: Təyyarə havada ALOVLANDI

Rusiyanın S7 Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki uçuş zamanı alovlanıb. Hadisədən sonra təyyarə təhlükəsizlik məqsədilə Novosibirsk hava limanına geri qayıdıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Novosibirskdən Krasnodara uçan təyyarənin mühərrikində havaya qalxdıqdan sonra alovlanma baş verib. Nəticədə ekipaj təyyarəni uçuşun başladığı hava limanına qaytarmaq qərarına gəlib.
Bildirilir ki, alov ekipaj tərəfindən söndürülüb və təyyarə təhlükəsiz şəkildə eniş edib.
Hadisə zamanı təyyarədə 160 sərnişin və 6 heyət üzvü olub. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının təhlükəsiz istismarı qaydalarının pozulması) üzrə istintaqqabağı araşdırma aparılır.
İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə baxış keçiriblər. Araşdırmanın nəticələrinə əsasən prosessual qərar veriləcək.
Bundan əlavə, Qərbi Sibir Nəqliyyat Prokurorluğu və Novosibirsk Nəqliyyat Prokurorluğu da hadisə ilə bağlı yoxlamalara başlayıb.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO










