Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumdan sonra Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerli fövqəladə vəziyyət elan edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində zərər görən ərazilərdə yaşayan sakinlər təxliyə olunub. Hazırda yeddi uşaq da daxil olmaqla 44 nəfər müvəqqəti yerləşdirmə məntəqələrindədir. Rəsmi bildirib ki, təxliyə olunan şəxslərə bütün zəruri yardım göstərilir.
Qubernator əlavə edib ki, Taqanroq, Azov şəhəri və Azov rayonunda dron hücumlarının baş verdiyi ərazilərə operativ xidmətlər cəlb olunub. Hazırda yanğınların lokallaşdırılması və alovun digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər aparılır.
Yuri Slyusar daha əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Azov şəhərində iki neft anbarında yanğın baş verib. Bundan başqa, Taqanroq dəniz limanında da yanğın qeydə alınıb./ajans.az
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












